Yuxarı
    Bağlamaq

    Azərbaycan əhalisi nağd avro alışını 11% artırıb

    Ümumilikdə, 2016-cı ilin 10 ayında əhaliyə 230 mln.-dan çox nağd avro satılıb

    Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində oktyabr ayında kommersiya banklarından xalis avro alışı sentyabr ayı ilə müqayisədə 11,3% artaraq 39 254,4 min təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, 2016-cı ilin ilk 10 ayında kommersiya banklarının əhaliyə xalis valyuta satışı 232 396,2 min avro olub. Sentyabr ayında isə əhalinin kommersiya banklarından xalis avro alışı 35 265,1 min təşkil edib.

    Keçən ilin oktyabrında isə bankların əhaliyə xalis avro satışının həcmi 66 017,5 min təşkil edib.

    "Report"un analitik qrupu qeyd edir ki, əhalinin avroya tələbatının artması ümumiyyətlə xarici valyutaya tələblə bağlı olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi