Azərbaycan ƏDV-ni ilk olaraq sosial sahələrdə differensiallaşdıracaq

Azərbaycan ƏDV-ni ilk olaraq sosial sahələrdə differensiallaşdıracaq Nazir müavini: "Fikir ayrılıqları daha çox inzibati nəzarətlə bağlıdır"
Maliyyə
30 Noyabr , 2016 15:26
Azərbaycan ƏDV-ni ilk olaraq sosial sahələrdə differensiallaşdıracaq

Bakı.30 noyabr. REPORT.AZ/ Azərbaycanda ƏDV sisteminin differensiallaşması ilkin olaraq dərman preparatları, məktəb ləvazimatları və bu kimi başqa sosial sahələrdə tətbiq ediləcək. 

Bunu "Report"a açıqlasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bu sahədə bəzi dövlət qurumları ilə Vergilər Nazirliyi arasında yaranan fikir ayrılığına da aydınlıq gətirib: "Bu fikir ayrılıqları daha çox inzibati nəzarətlə bağlıdır. Yəni, ola bilsin sahibkarlar çalışacaqlar daha az ƏDV ödəsin. Bu da güclü nəzarət tələb edir. Məhz onlar da bunu deyir. Amma biz də deyirik ki, nəzarət etmək bizim işimizdir və bunu həyata keçirəcəyik".

Son xəbərlər

Orphus sistemi