Azərbaycan EBRD-dən daha 61 mln. avro alıb

Azərbaycan EBRD-dən daha 61 mln. avro alıb Hazırda EBRD Azərbaycanda 57 aktiv layihəni maliyyələşdirir
Maliyyə
25 Yanvar , 2017 17:49
Azərbaycan EBRD-dən daha 61 mln. avro alıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün indiyədək ayırdığı vəsaitlərin ümumi həcmi 2016-cı ilin noyabr ayı ərzində 61 mln. avro yaxud 2,37% artaraq dekabrın 1-nə 2 632 mln. avroya yüksəlib. 

“Report”un məlumatına görə, bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və əvvəlki kimi 160-dır.

Məlumata görə, Azərbaycanın Banka ödənişlərinin də həcmi 65 mln. avro yaxud 3,59% artaraq 1 873 mln. avroya çatıb.

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri isə 23 mln. avro və yaxud 3,81% artaraq 627 mln. avroya yüksəlib.

Bankın ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 12 mln. avro yaxud 1,2% artaraq 1 012 mln. avroya bərabər olub.

Hazırda EBRD Azərbaycanda 57 aktiv layihədən ibarət portfelə malikdir.

Son xəbərlər

Orphus sistemi