Yuxarı

​Azərbaycan BVF-dən 3 mlrd. dollar alacaq

Daha 1 mlrd. dolların Dünya Bankının ayıracağı gözlənilir

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondundan (BVF) 3 mlrd. ABŞ dolları, Dünya Bankından isə 1 mlrd. dollar həcmində kredit alacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters"ə hökumətdəki mənbələrdən məlumat verilib.

Məlumata görə, hələlik kreditlərin şərtləri ilə bağlı heç bir məlumat verilmir.

Qeyd edək ki, BVF və Dünya Bankının nümayəndələri bu kredit məsələlərini müzakirə etmək məqsədi ilə bu gün Bakıya gəliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi