Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Neft Fondunun qızıl ehtiyatları bu il 175 mln. dollar bahalaşıb

    Ümumilikdə, ilin əvvəlindən qızıl-valyuta ehtiyatları Fonda əlavə 44 mln. dollar qazandırıb

    Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin yanvar-fevral ayları ərzində qızıl ehtiyatlarının dollar ekvivalentində həcmi dünya bazarında qızılın qiymətində baş verən artım nəticəsində 174 626,3 min ABŞ dolları yüksəlib. 

    "Report"un analitik qrupu qeyd edir ki, 2016-cı ilin ilk iki ayı ərzində ARDNF-in valyuta ehtiyatları valyuta cütlüklərində baş verən dəyişikliklər nəticəsində 131,236 mln. dollar dəyərdən düşüb. Nəticədə ARDNF-in məcmu aktivləri 2016-cı ilin yanvar-fevral ayları ərzində xalis ifadədə 43,390 mln. dollar artıb. 

    "Report"un analitikləri hesab edirlər ki, qısamüddətli perspektivdə qızılın qiymətinin artacağı, dollar istisna olmaqla, Fondun investisiya portfelinə daxil olan digər valyutaların əksər hissəsinin zəifləyəcəyi proqnozlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi