Yuxarı

Azərbaycan Dövlət Neft Fondunun gəlirləri gələn il 35% azalacaq

Bununla yanaşı, 2016-cı ildə Neft Fondunun xərclərinin 33% azalacağı gözlənilir

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanın icmal büdcəsinə daxil olan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il büdcəsinin gəlirləri 6 711,6 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 3 534,1 mln. manat və yaxud 34,5% azdır.

Bu barədə "Report" Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.

Neft Fondunun 2016-cı il üçün büdcəsinin xərcləri 8 200,0 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 4 104,8 mln. manat və yaxud 33,4% azdır.

ARDNF-in xərclərinin 6 000,0 mln. manatı və yaxud 73,2%-i dövlət büdcəsinə nəzərdə tutulan transfert, 2 150,5 mln. manatı yaxud 26,2%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsi (qaçqınların və məcburi köçkünləırin sosial məişət və məskunlaşma məslələri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilsi-Qars yeni dərmi yolu xətti, Cənubi Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payı), 49,5 mln. manatı və yaxud 0,6%-i 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə və 2016-2020-ci illərdə gənc mütəxəssislərin xaricdə təhsili, ali təhsil müəssisələrində təhsilvermə bacarıqlarının təkmilləşdirilməsi və elmi tədqiqatlaın təşviqi üzrə Dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi