Azərbaycan Dövlət Neft Fondunun builki məzənnə zərəri 131 mln. dolları üstələyib

Azərbaycan Dövlət Neft Fondunun builki məzənnə zərəri 131 mln. dolları üstələyib Fond yanvar-fevral aylarında yalnız Yaponiya yeninin məzənnə dəyişməsindən 39 mln. dollar qazanıb
Maliyyə
2 Mart , 2016 17:48
Azərbaycan Dövlət Neft Fondunun builki məzənnə zərəri 131 mln. dolları üstələyib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin yanvar-fevral ayları ərzində valyuta ehtiyatları dünya bazarında müxtəlif valyuta cütlüklərində baş verən məzənnə dəyişiklikləri nəticəsində 131 236,5 min ABŞ dolları həcmində dəyərdən düşüb.

"Report"un analitik qrupunun apardığı araşdırma nəticəsində məlum olub ki, hesabat dövründə USD/EUR cütlüyünün məzənnəsində dəyişiklik baş verməyib (01.03.2016-cı il vəziyyətinə - 1,0860 USD/EUR).

Bununla yanaşı, funt sterlinqin məzənnəsi 1,4739 USD/GBP-dən martın 1-nə 1,3916 USD/GBP-yə düşüb və Fondun funt sterlinq ehtiyatları üzrə zərəri 96 120,4 min dollar olub.

Avstraliya dollarının məzənnəsi 0,728 USD/AUD-dən 0,714 USD/AUD-yə enib və zərər 3 691,8 min dollar təşkil edib.

ARDNF-in Türkiyə lirəsində olan aktivləri isə məzənnənin 0,3426 USD/TRY-dan 0,3374 USD/TRY-ya enməsi səbəbindən 5 772,5 min dollar dəyərdən düşüb.

Rusiya rublunun məzənnəsi 0,0136 USD/RUB-dan 0,0133 USD/RUB-a düşüb və bu valyuta üzrə itki 10 960,5 min dollar olub.

Koreya vonunun məzənnəsi isə 0,0009 USD/KRW-dan 0,0008 USD/KRW-yə enib və zərər 49 197,5 min dollar təşkil edib.

Həmçinin, Çin yunanının məzənnəsi 0,1540 USD/CNY-dan 0,1526 USD/CNY-a düşüb və zərər 4 350,8 min dollar olub.

Qeyd edək ki, təhlil olunan dövr ərzində Yaponiya yeninin məzənnəsi 0,0083 USD/JPY-dən 0,0089 USD/JPY-a yüksəlib və bu valyuta cütlüyü üzrə ARDNF 38 857,0 min dollar qazanıb.

Son xəbərlər

Orphus sistemi