Azərbaycan Dövlət Neft Fondunun aktivləri azalıb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri azalıb Fondun aktivləri bu ilin əvvəlinə 33,147 mlrd. dollara düşüb
Maliyyə
14 Fevral , 2017 11:26
Azərbaycan Dövlət Neft Fondunun aktivləri azalıb

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 mln. ABŞ dolları) nisbətən 1,27% azalaraq 2017-ci il yanvarın 1-nə 33 147 mln. dollara bərabər olub.

“Report” xəbər verir ki, bu barədə Fonddan bildirilib.

Qeyd olunub ki, gəlirlərin xərcləri üstələməsinə baxmayaraq, Fondun aktivlərinin azalmasının səbəbi avro, funt sterlinq, türk lirəsi və Çin yuanı kimi valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi amili olub.

Son xəbərlər

Orphus sistemi