Azərbaycan Dövlət Neft Fondunun aktivləri 5% artıb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 5% artıb Fondun aktivləri 34,8 mlrd. dollara çatıb
Maliyyə
17 İyul , 2017 09:52
Azərbaycan Dövlət Neft Fondunun aktivləri 5% artıb

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2017-ci ilin yanvar-iyun ayları ərzində 4,96% artıb.

“Report”a Fonddan verilən məlumata görə, nəticədə Fondun aktivlərinin həcmi iyulun 1-nə 34 790,9 mln. ABŞ dolları təşkil edib.

Bildirilib ki, aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına baş verib.

Son xəbərlər

Orphus sistemi