Azərbaycan Dövlət Neft Fondu sabah daha 200 mln. dollar satışa çıxaracaq

Azərbaycan Dövlət Neft Fondu sabah daha 200 mln. dollar satışa çıxaracaq İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək
Maliyyə
14 Yanvar , 2016 17:10
Azərbaycan Dövlət Neft Fondu sabah daha 200 mln. dollar satışa çıxaracaq

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) cari ildə mütəşəkkil banklararası bazarda xarici valyuta satışını davam etdirir. 

"Report" Fonda istinadən xəbər verir ki, sabah Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil ediləcək: "Hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı var. Hərraca 200 mln. ABŞ dolları məbləğində vəsait çıxarılacaq. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək".

Qeyd edək ki, dünən ARDNF cari ildə mütəşəkkil banklararası bazarda xarici valyuta satışını bərpa edib. Yeni mexanizmlə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib: "Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib, 200 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb".

Son xəbərlər

Orphus sistemi