Yuxarı

Azərbaycan Dövlət Neft Fondu: Qızıl ehtiyatları digər aktivlərə çevrilməyəcək

ARDNF: Qızıl alışı strateji məqsədlə həyata keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qızıl alışını alqı-satqı üçün və ya spekulyativ məqsədlər üçün deyil, məhz strateji məqsədlə həyata keçirib və alınmış qızılın satılaraq digər aktivlərlə əvəzləndirilməsi nəzərdə tutulmur.

Bu barədə Fonddan "Report"un müvafiq sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, qızıla investisiyalar əsasən iqtisadi tənəzzül, məzənnə riskləri və inflyasiya kimi amillərə qarşı sığorta vasitəsi kimi xüsusi önəmə malik olmaqla, investisiya portfelinin diversifikasiya olunması istiqamətində böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ARDNF-nin investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla yatırıla bilər. Ötən ilin sonuna Fondun investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi