Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Dövlət Neft Fondu iki aya 730 mln. dollar itirib - MONİTORİNQ - YENİLƏNİB

    Fondun aktivləri bu ilin oktyabr-noyabr ayları ərzində 2% dəyərdən düşüb

    İlk xəbər saat 14:15-də verilib 

    (Sonuncu abzas əlavə olunub)

    Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il oktyabrın 1-nə olan aktivləri (34,738 mlrd. ABŞ dolları) bu ilin oktyabr-noyabr ayları ərzində 729 mln. dollar məbləğində və ya 2,1% dəyərdən düşüb.

    "Report"un analitik qrupu qeyd edir ki, son iki ayda baş verən azalma əsasən Fondun avroda olan aktivlərində qeydə alınıb və təxminən 680 mln. dollara bərabər olub.

    İkinci ən çox dəyərdən düşən aktiv isə qızıl olub və dollar ekvivalentində zərər 47,5 mln. dollar təşkil edib.

    Bu iki ayda ən çox artan (14 mln. dollar) aktiv isə Türkiyə lirəsi olub.

    ARDNF-nin aktivlərinin bazar dəyərinin dinamikası (oktyabr-noyabr, 2015-ci il)

    Aktivin növü Məzənnə, dollarla
     (01.10.2015)
    Məzənnə, dollarla
     (01.12.2015)
    Həcm, mln. ş.v.
    (01.10. 2015)
    Mənfəət/Zərər
    (mln. dollar)
    EUR 1,1180 1,0565 11 026,6 - 678,136
    GBP 1,1530 1,5050 1 134,6 - 9,077
    AUD 0,7020 0,7230 259,6 5,452
    TRY 0,3305 0,3435 1 077,1 14,002
    RUB 0,0153 0,0151 31 852,6 - 6,370
    KRW 0,00086 0,00088 487 388,5 8,747
    CNY 0,1574 0,1563 3 037,2 - 3,341
    JPY 0,0083 0,0081 63 953,8 - 12,791
    Gold (ons) 1 115 1 0660 970 146 - 47,537
    Cəmi: - - - - 729,051

    ***

    Qeyd edək ki, məsələni şərh edən ARDNF-in mətbuat xidmətinin rəhbəri Cəmalə Əliyeva bildirib ki, hesablanmış rəqəmlərin Fondun investisiya portfelinin gəlirliliyini əks etdirmədiyini və yalnız digər valyuta alətlərinin ABŞ dollarına olan məzənnə dəyişikliyi nəticəsində yaranan fərqi ifadə edir: "Məzənnə fərqinin Fondun xarici valyutada saxlanılan bütün aktivlərinin real məbləğinə təsir etmədiyindən bunun itki və ya zərər kimi dəyərləndirilməsi doğru deyil. Fondun maliyyə vəsaitləri üzrə gəlirlilik göstəriciləri, investisiya portfelinin strukturu nəzərə alınmaqla, illik əsasda audit olunmuş rəqəmlər əsasında hesablanaraq ictimaiyyətə açıqlanır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi