Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Mərkəzi Bankın müntəzəm keçirdiyi bugünkü valyuta hərracına 100 mln. ABŞ dollarını satışa çıxaracaq. Bu barədə "Report"a bank dairələrindən məlumat verilib.
"Report"un analitik qrupu AMB-nin martın 7-nə ABŞ dollarının rəsmi məzənnəsini təxminən 1,61 AZN/USD səviyyəsində müəyyənləşdirəcəyini proqnozlaşdırır.