​Azərbaycan Dövlət Neft Fondu dövlət büdcəsinə transfertləri azalda bilər

​Azərbaycan Dövlət Neft Fondu dövlət büdcəsinə transfertləri azalda bilər Bu, Fondun aktivlərinin qorunmasına yönəldilib
Maliyyə
19 Noyabr , 2015 12:14
​Azərbaycan Dövlət Neft Fondu dövlət büdcəsinə transfertləri azalda bilər

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) gələn il aktivlərini hazırkı səviyyədə saxlayacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə Fondun Risklərin idarə edilməsi Departamentinin rəhbəri Bəhruz Bəhramov məlumat verib.

"Gələn il Fonddan dövlət büdcəsinə transfertlərin həcmi 6 mlrd. manat həcmində nəzərdə tutulub. Növbəti illərdə bu, azaldıla bilər. Bu da aktivlərin qorunmasına yönəldilib. Tansfertlər azaldılmaqla yığıma yönəldiləcək", - deyə ARDNF rəsmisi qeyd edib.

Xatırladaq ki, 2015-ci il oktyabrın 1-nə ARDNF-in məcmu aktivləri ilin əvvəlinə nisbətən 6,4% azalaraq 34,738 mlrd. dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi