Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Neft Fondu bu il AÇG-dən 3,6 mlrd. dollar qazanıb

    Layihə üzrə ümumi daxilolmalar isə 125,7 mlrd. dolları üstələyib

    Bakı. 18 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzər dənizinin milli sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 3,609 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub.

    Bu barədə "Report"a Neft Fondundan bildirilib.

    Ümumilikdə AÇG üzrə 2001-ci ildən bu il avqustun 1-nə qədər ARDNF-ə daxilolmaların həcmi 125,718 mlrd. dollar təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi