Azərbaycan Dövlət Neft Fondu bu il 1,3 mlrd. dollar satıb

Azərbaycan Dövlət Neft Fondu bu il 1,3 mlrd. dollar satıb May ayında satışın həcmi bu ilin rekord həddinə çatıb
Maliyyə
2 İyun , 2017 17:33
Azərbaycan Dövlət Neft Fondu bu il 1,3 mlrd. dollar satıb

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu ilin may ayında keçirilən valyuta hərraclarında ümumilikdə 300,3 mln. ABŞ dolları məbləğində vəsait satışı həyata keçirib. 

"Report" xəbər verir ki, ARDNF tərəfindən valyuta hərraclarında 2017-ci ilin yanvar ayında 285 mln. dollar, fevralda 258,4 mln. dollar, martda 250 mln. dollar, apreldə 220,8 mln. dollar, ümumilikdə cari ilin ilk 5 ayında isə 1 314,5 mln. dollar məbləğində valyuta satılıb.

Son xəbərlər

Orphus sistemi