Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Neft Fondu bu gün hərraca daha 50 mln. dollar çıxaracaq

    Report: Sabah dolların rəsmi məzənnəsi 1,63 AZN/USD-ni üstələyə bilər

    "Report": Sabah dolların rəsmi məzənnəsi 1,63 AZN/USD-ni üstələyə bilər

    Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsi ilə martın 9-da keçiriləcək növbəti hərraca 50 mln. ABŞ dolları həcmində valyuta kütləsini satışa çıxaracaq. Bu barədə "Report"a bank dairələrindən məlumat verilib.

    "Report"un analitik qrupu qeyd edir ki, kommersiya banklarının cari tələbatının əvvəlki səviyyədə qalacağı və təklifi üstələcəyi təqdirdə, martın 10-na dolların rəsmi məzənnəsinin minimum 1,6309 AZN/USD olacağı gözlənilir: "Lakin məzənnənin proqnozlaşdırılan səviyyəni də üstələyəcəyi istisna edilmir və bu, banklararası əqdlərin olub-olmaması və bu seqmentdəki balansdan asılı olacaq". 

    "Sabah dolların məzənnəsi ən azı 1,6309 manat müəyyən edilərsə, marja nəzərə alınmaqla kommersiya banklarında ABŞ valyutasının satış məzənnəsi maksimum 1,6961 AZN/USD-yə kimi artırıla bilər", - deyə analitiklər qeyd ediblər.

    Qeyd edək ki, bu gün Bakıda nağd dollar 1,6700 manat qiyməti ilə satılır, lakin marja nəzərə alınmaqla maksimal satış məzənnə 1,6877 AZN/USD-yə kimi artırıla bilər.

    Xatırladaq ki, martın 7-də ARDNF hərracda 50 mln. dollar həcmində valyutanı satışa çıxarıb və kommersiya bankları bu məbləğin 49,7 mln. dollarını alıb. Nəticədə, bu günə rəsmi məzənnə 1,6228 AZN/USD səviyyəsində müəyyən edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi