Yuxarı
    Bağlamaq

    ARDNF bu gün hərraca 50 mln. dollar çıxaracaq

    Hərracda tələbin təklifdən az olması ehtimal edilir və dolların məzənnəsi bir qədər də azalacaq

    Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bugünkü valyuta hərracında yenidən ABŞ dollarının satışı həyata keçiriləcək. "Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hərraca 50 mln. dollar çıxarması planlaşdırılır.

    "Report"un analitik qrupu hesab edir ki, bugünkü hərracda tələbin təklifdən az olması ehtimal edilir: "Belə olacağı halda, sabahkı rəsmi məzənnənin 1,4950 AZN/USD səviyyəsinə kimi geriləməsi mümkündür. Nağd valyuta bazarında isə dollar satışının artması alış-satış məzənnəsinin də aşağı enməsi ilə nəticələnə bilər".

    Qeyd edək ki, xarici valyutaya olan tələbatın azalması fonunda AMB valyuta hərraclarının sayını həftədə 3 dəfədən 2 dəfəyə endirib. "Report"un analitik qrupu hesab edir ki, neft qiymətlərinin yüksəlməsi, pozitiv qlobal iqtisadi konyunktur və yay aylarına doğru turizm mövsümünün başlaması ilə bazarda dollar bolluğu yaranacaq. Belə olduğu halda, AMB valyuta hərraclarının həftəlik sayını hətta 1 dəfəyə endirə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi