Azərbaycan Dövlət Neft Fondu bu gün banklara daha 194 mln. dollar satıb

Azərbaycan Dövlət Neft Fondu bu gün banklara daha 194 mln. dollar satıb Hərraca çıxarılan vəsaitin 97%-i satılıb
Maliyyə
18 Yanvar , 2016 14:23
Azərbaycan Dövlət Neft Fondu bu gün banklara daha 194 mln. dollar satıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) hərracları vasitəsi ilə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) daha 200 mln. ABŞ dolları həcmində valyuta kütləsini satışa çıxarıb.

ARDNF-dən "Report"a verilən məlumata görə, nəticədə, Fond tərəfindən hərraca çıxarılan vəsaitdən 193,896 mln. dollar (təxminən 97%) məbləğində vəsait 28 banka satılıb.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə Fonddan bildirilib.

Son xəbərlər

Orphus sistemi