Yuxarı

Azərbaycan Dövlət Neft Fondu bu gün 90 mln. dollar itirib

Funt sterlinqin ucuzlaşması Fondun aktivlərinin dollar ekvivalentində dəyərinə neqativ təsir göstərib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) "Brexit" nəticəsində funt sterlinqin dollarla müqayisədə ucuzlaşması nəticəsində bu gün 86 mln. dollar vəsait itirib. 

"Report" xəbər verir ki, 2016-cı il ilk rübünün yekunlarına görə, ARDNF-nin portfelində olan 1 150,7 mln. funt sterlinqin dollar ekvivalentində zərəri ötən günün (iyunun 23-nün) qapanışından bu gün saat 12:00-a qədər 86 mln. dollar təşkil edib.

Xatırladaq ki, ilk rübün yekunlarına əasən, ARDNF-nin aktivlərinin 4,9%-i funt stelinqdə yerləşdirilib. 

"Report"un analitik qrupu funtun ucuzlaşması prosesinin davam edəcəyini və Fondun itkisinin artacağını proqnozlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi