​Azərbaycan Dövlət Neft Fondu bu gün 10 mln. dollar itirib

​Azərbaycan Dövlət Neft Fondu bu gün 10 mln. dollar itirib Buna Çin yuanının 2%-lik devalvasiyası səbəb olub
Maliyyə
11 Avqust , 2015 18:21
​Azərbaycan Dövlət Neft Fondu bu gün 10 mln. dollar itirib

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu gün, avqustun 11-də Çin Mərkəzi Bankının (ÇMB) milli valyuta - yuanın 2%-lik devalvasiyası ilə bağlı qərarından sonra 10 mln. dollar zərər edib.

"Report" xəbər verir ki, bu qərar Çinin ixrac potensialını artırmaq məqsədilə edilib. Qeyd edək ki, iyul ayında Çinin ixracı keçən ilin analoji dövrü ilə müqayisədə 8,3% azalıb.

Xatırladaq ki, ARDNF Çin aktivlərinə 3 mlrd. yuan (500 mln. dollar) həcmində investisiya yatırmaq üçün 2014-cü ildə ÇMB-dən müvafiq lisenziya alıb. Nəticədə bu ilin iyul ayında Çin dövlət istiqrazlarına investisiya həyata keçirilib. İnvestisiya yuanla baş tutduğundan, bu valyutanın bugünkü 2%-lik devalvasiyası dollar ekvivalentində ARDNF-ə 10 mln. dollar zərər vurub. Ekspertlər yuanın tədricən devalvasiya ediləcəyini proqnozlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi