Yuxarı

Azərbaycan Dövlət Neft Fondu banklara 200 mln. dollar satıb

ARDNF: İl ərzində hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) cari ildə mütəşəkkil banklararası bazarda xarici valyuta satışını bərpa edib.

"Report" Fonda istinadən xəbər verir ki, bu gün yeni mexanizmlə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib: "Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib, 200 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb".

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1,5682 AZN/USD, yanvarın 14-nə isə 1,5706 AZN/USD təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi