Azərbaycan Dövlət Neft Fondu banklara 177,5 mln. dollar satıb

Azərbaycan Dövlət Neft Fondu banklara 177,5 mln. dollar satıb Bu, ümumi təklifin 89%-nə bərabərdir
Maliyyə
22 Fevral , 2016 17:09
Azərbaycan Dövlət Neft Fondu banklara 177,5 mln. dollar satıb

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib və Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə Neft Fondundan məlumat verilib.

Bildirilib ki, hərraca çıxarılan vəsaitdən 177,45 mln. dollar məbləğində (təklifin 88,73%-i) vəsait 13 banka satılıb.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə Fonddan qeyd olunub.

Son xəbərlər

Orphus sistemi