Azərbaycan Dövlət Neft Fondu banklara 100 mln. dollar satıb

Azərbaycan Dövlət Neft Fondu banklara 100 mln. dollar satıb Bu məbləğ 23 kommersiya bankına satılıb
Maliyyə
2 Mart , 2016 13:42
Azərbaycan Dövlət Neft Fondu banklara 100 mln. dollar satıb

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankın müntəzəm təşkil edilən valyuta hərracında 100 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Fonddan "Report"a verilən məlumata görə, bu məbləğ 23 kommersiya bankına satılıb.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə ARDNF-dən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi