Azərbaycan Dövlət Neft Fondu 10 Lot üzrə tender elan edib

Azərbaycan Dövlət Neft Fondu 10 Lot üzrə tender elan edib Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 10 Lot üzrə açıq tender elan edib.
Maliyyə
4 Noyabr , 2017 09:53
Azərbaycan Dövlət Neft Fondu 10 Lot üzrə tender elan edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 10 Lot üzrə açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi qəzetdə bildirilib.

Tender Fondun inzibati binasının təmizlik xidmətlərinin satın alınması, xidməti məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulan D və E seqmentli, Yaponiya istehsalı olan 2 ədəd minik avtomobilinin satın alınması, çap və nüsxələmə avadanlıqlarının kartric, toner və digər ehtiyat hissələrinin (HP və Xerox markaları üzrə) satın alınması, informasiya texnologiyaları sistemlərinin üzərində çalışan virtual platforma üçün vendor texniki xidmətinin bir il müddətinə uzadılması, loqlar jurnalı üçün saxlancın (storage) satınalınması, “CISCO PHYSICAL SECURITY SYSTEMS” lisenziyalarının müddətinin bitmə vaxtının bir il uzadılması, “CISCO network and securıty management systems” lisenziyalarının müddətinin bitmə vaxtının bir il uzadılması və əlavə lisenziyaların alınması, Radware lisenziyasının müddətinin bitmə vaxtının bir il uzadılması, dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrin monitorinqi xidmətinin (RSA sistemi ilə) satınalınması, dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrin monitorinqi sisteminin lisenziyasının bitmə vaxtının bir il uzadılması (RSA sistemi) üzrə elan edilib.

Təklif zərfləri dekabrın 20-də saat 11:00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda açılacaq.

Podratçılardan tələb olunan sənədlər dekabrın 7-də saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla dekabrın 19-da saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə yuxarıdakı ünvanda ARDNF-ə təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi