Azərbaycan dövlət müəssisələrinə ayrılan subsidiyaları optimallaşdıracaq

Azərbaycan dövlət müəssisələrinə ayrılan subsidiyaları optimallaşdıracaq Dövlət sifarişi ilə təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği büdcədə ayrı sətirdə nəzərdə tutulacaq
Maliyyə
1 Noyabr , 2017 18:31
Azərbaycan dövlət müəssisələrinə ayrılan subsidiyaları optimallaşdıracaq

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanda kommersiya prinsipi əsasında fəaliyyət göstərən dövlət müəssisələrinə ayrılan subsidiyaların həmin müəssəsələrin gəlirlərinin genişləndirilməsi imkanları nəzərə alınmaqla optimallaşdırılması tövsiyə edilir.

“Report” bu barədə Hesablama Palatasının yeni büdcə zərfinin təhlili əsasında hazırladığı tövsiyələrə istinadən xəbər verir.

Bundan başqa, Palata dövlət sifarişi əsasında təhsil alanların təhsil xərclərinin bir kredit üçün təhsil haqqına əsasən hesablanmasını, həmçinin büdcə təsnifatının prinsipləri və proqnozlaşdırmanın şəffaflığı baxımından büdcə layihələrində dövlət sifarişi ilə təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin ayrı sətirdə nəzərdə tutulmasını məsləhət bilir. 

Son xəbərlər

Orphus sistemi