​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib Maliyyə Nazirliyinin dövriyyədə olan istiqrazlarının cari qiymət üzrə həcmi 0,1% artıb
Maliyyə
13 Noyabr , 2014 05:21
​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,01% artaraq noyabr ayının 13-nə 2 758,85 təşkil edib. Ortaölçülü qiymət indeksi isə 95,13 olub. Noyabrın 13-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,1% artaraq 133 730 971 manat təşkil edib.

“Report”un hesablamalarına görə, Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 872,73-ə bərabər olub. Ortaölçülü qiymət indeksi isə 109,09 təşkil edib.

Son xəbərlər

Orphus sistemi