Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib Maliyyə Nazirliyinin dövriyyədə olan istiqrazlarının cari qiymət üzrə həcmi 0,01% artıb
Maliyyə
19 Noyabr , 2014 05:14
Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,01% artaraq noyabr ayının 19-na 2 760,56 təşkil edib. Ortaölçülü qiymət indeksi isə 95,19 olub. Noyabrın 19-na dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,01% artaraq 133 802 790 manat təşkil edir.

“Report”un hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBNI (Azerbaijan Central Bank Notes Index) dəyişməz qalaraq noyabr ayının 19-na 199,91, ortaölçülü qiymət indeksi 99,95 təşkil edib. Noyabrın 19-na dövriyyədə olan notların cari qiymət üzrə həcmi 0,003% artaraq 9 995 584 manat təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 873,13-ə bərabər olub. Ortaölçülü qiymət indeksi 109,14 təşkil edib.

Son xəbərlər

Orphus sistemi