Yuxarı

​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

Maliyyə Nazirliyinin dövriyyədə olan istiqrazlarının cari qiymət üzrə həcmi 0,01% artıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,01% artaraq noyabr ayının 27-nə 2 562,74 təşkil edib. Ortaölçülü qiymət indeksi isə 94,92 olub. Noyabrın 27-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,01% artaraq 129 896 817 manat təşkil edib.

“Report”un hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBNI (Azerbaijan Central Bank Notes Index) indeksi dəyişməz qalaraq noyabr ayının 27-nə 199,95, ortaölçülü qiymət indeksi 99,975 təşkil edib. Noyabrın 27-nə dövriyyədə olan notların cari qiymət üzrə həcmi 0,003% artaraq 9 997 727 manat təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 873,67-yə bərabər olub, ortaölçülü qiymət indeksi isə 109,21 təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi