Yuxarı

​Azərbaycan dövlət istiqrazlarının indeksi enib

Maliyyə Nazirliyinin dövriyyədə olan istiqrazlarının cari qiymət üzrə həcmi 1,5% azalıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 3,61% azalaraq noyabr ayının 21-nə 2 661,12 təşkil edib. Ortaölçülü qiymət indeksi isə 95,04 olub. Noyabrın 21-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 1,49% azalaraq 131 826 749 manat təşkil edib.

“Report”un hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBNI (Azerbaijan Central Bank Notes Index) indeksi dəyişməz qalaraq noyabr ayının 21-nə 199,92, ortaölçülü qiymət indeksi isə 99,96 təşkil edib. Noyabrın 21-nə dövriyyədə olan notların cari qiymət üzrə həcmi 0,003% artaraq 9 996 120 manat olub.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 873,27-yə bərabər olub. Ortaölçülü qiymət indeksi isə 109,16 təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi