Yuxarı
    Bağlamaq

    ​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

    Maliyyə Nazirliyinin dövriyyədə olan istiqrazlarının cari qiymət üzrə həcmi 4,33% artıb

    Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 3,5% artaraq dekabr ayının 1-nə 2 652,54 təşkil edib. Ortaölçülü qiymət indeksi 94,73 olub. Dekabrın 1-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 4,33% artaraq 135 534 332 manat təşkil edib.

    “Report”un hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBNI (Azerbaijan Central Bank Notes Index) indeksi 0,01% artaraq dekabr ayının 1-nə 199,98, ortaölçülü qiymət indeksi isə 99,99 təşkil edib. Dekabrın 1-nə dövriyyədə olan notların cari qiyməti üzrə həcmi 0,01% artaraq 9 998 799 manat təşkil edib.

    Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,02% yüksəlib və 873,94-ə bərabər olub. Ortaölçülü qiymət indeksi 109,24 təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi