​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib Maliyyə Nazirliyinin dövriyyədə olan istiqrazlarının cari qiymət üzrə həcmi 0,01% artıb
Maliyyə
5 Noyabr , 2014 06:05

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,01% artaraq noyabr ayının 5-nə 3 056,54 təşkil edib. Ortaölçülü qiymət indeksi isə 95,52-yə bərabər olub. Noyabrın 5-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,01% artaraq 139 636 999 manat təşkil edib.

“Report”un hesablamalarına görə, Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 872,19-a bərabər olub. Ortaölçülü qiymət indeksi isə 109,02 təşkil edib.

Son xəbərlər

Orphus sistemi