Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib Maliyyə Nazirliyinin dövriyyədə olan istiqrazlarının cari qiymət üzrə həcmi 0,01% artıb
Maliyyə
4 Noyabr , 2014 05:39
Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,01% artaraq noyabr ayının 4-nə 3 056,24 təşkil edib. Ortaölçülü qiymət indeksi 95,51-ə bərabər olub. Noyabrın 4-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,01% artaraq 139 624 757 manat təşkil edib.

“Report”un hesablamalarına görə, Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 872,12-yə bərabər olub. Ortaölçülü qiymət indeksi isə 109,015 təşkil edib.

Son xəbərlər

Orphus sistemi