Yuxarı

Azərbaycan dövlət büdcəsinin profisiti azalıb

Büdcə profisiti iki dəfə azalaraq ÜDM-in 4,2%-nə düşüb

Bakı. 17 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 4 713,6 mln. manat, xərcləri 3 999,8 mln. manat təşkil edib. "Report"un Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, büdcənin icrasında 713,8 mln. manatlıq və ya ÜDM-in 4,2%-i qədər profisit yaranıb.

Qeyd edək ki, 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 3 678,5 mln. manat, xərcləri 2 623,4 mln. manat təşkil edib. Büdcənin icrasında 1 055,1 mln. manatlıq və ya ümumi daxili məhsulun 8,4%-i qədər profisit yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi