Yuxarı

Azərbaycan dövlət bankları kreditləşməni kəskin azaldıb

İllik müqayisədə isə dövlət banklarının iqtisadiyyata kredit qoyuluşları 5% artıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda dövlət banklarının iqtisadiyyata kredit qoyuluşları 2015-ci il oktyabrın 1-nə 6 384,8 mln. manat təşkil edib. Sentyabrın 1-i ilə müqayisədə bu göstərici 877 mln. manat və ya 12,1% azalıb, ilin əvvəlindən isə 241 mln. manat və ya 3,9% artıb. "Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, keçən ilin analoji dövrü ilə müqayisədə isə 323,1 mln. manat və ya 5,3% artım qeydə alınıb.

Özəl bankların kreditləşməsi oktyabrın 1-nə 12 142,7 mln. manat təşkil edib ki, bu da sentyabrın 1-i ilə müqayisədə 105,2 mln. manat və ya 0,9% azdır. Yanvarın 1-nə olan göstərici ilə müqayisədə 269,1 mln. manat və ya 2,3%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 1 074,9 mln. manat və ya 9,7% artım qeydə alınıb.

Qeyd edək ki, AMB-nin rəsmi açıqlamasına görə, iqtisadiyyata kredit qoyuluşlarında dövlət banklarının payının azalması Azərbaycan Beynəlxalq Bankında aparılan restrukturizasiya tədbirləri ilə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi