Yuxarı

​Azərbaycan dotasiyalar məsələsinə yenidən baxacaq

Nazir: Vergi sisteminin sadələşdirilməsi ilə bağlı müəyyən təkliflər mövcuddur

Bakı. 7 oktyabr.REPORT.AZ/Azərbaycanda nəzərdə tutulan vergi güzəştlərinə yenidən baxılması, məhdudlaşdırılması kimi tədbirlər ölkədəki kiçik və orta sahibkarlıq subyektlərinə aid edilməyəcək. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin komitələrində 2016-cı ilin büdcə zərfinin layihəsinin bügünkü müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, əksinə, ticarət, ictimai iaşə və tikinti sektorunda çox sayda sahibkarlar çalışır və bu sahələrdə çalışanlar üçün vergi sisteminin sadələşdirilməsi ilə bağlı müəyyən təkliflər mövcuddur.

S.Şərifov, həmçinin ödənişli xidmətlərdən daxilolmaların artırılmasının hazırda diqqət mərkəzində saxlanıldığını və Vergilər Nazirliyi ilə birgə bu məsələnin araşdırıldığını deyib.

Nazirin sözlərinə görə, gələn il üçün dövlət təşkilatlarına dotasiyalar məsələsinə də yenidən baxılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi