Azərbaycan “Doing Business-2017” hesabatında 190 ölkə arasında 65-ci yerdədir

Azərbaycan “Doing Business-2017” hesabatında 190 ölkə arasında 65-ci yerdədir Azərbaycan “Doing Business” hesabatında 2 pillə geriləyib
Maliyyə
25 Oktyabr , 2016 19:08
Azərbaycan “Doing Business-2017” hesabatında 190 ölkə arasında 65-ci yerdədir

Bakı. 25 oktyabr. REPORT.AZ/ Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2017” hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. 

“Report” xəbər verir ki, bununla da Azərbaycan ötən illə müqayisədə 2 pillə geriləyib.

Qeyd edək ki, ötən il Azərbaycan əvvəlki ilə nisbətən 17 pillə irəliləyərək 63-cü pillədə qərarlaşıb. 

Həmçinin, Azərbaycan bu il üç və daha artıq islahat keçirən 24 ölkə sırasına daxil edilib. Onlardan birincisi biznesə başlamaq, ikincisi tikintiyə icazələrin alınması, üçüncüsü isə kiçik investorların hüquqlarının qorunması ilə bağlı islahatlardır.

Son xəbərlər

Orphus sistemi