Yuxarı
    Bağlamaq

    “Azərbaycan Dəmir Yolları” tender keçirir

    Tenderdə iştirak haqqı 300 manatdır

    Bakı. 11 fevral. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Texniki xidmət və istismar idarəsi xüsusi fəhlə geyimlərinin - işçi əlcəyi, işçi botinkası, siqnal jileti, qış gödəkçəsi, fəhlə-geyim dəsti (kitel və şalvar) və s. satın alınması ilə əlaqədar açıq tender elan edib.

    “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

    Məlumata görə, tenderdə iştirak haqqı 300 manatdır. İddiaçılar ilkin sənədləri martın 1-nə qədər, tender təklifi və bank zəmanətini isə martın 10-na qədər ADY-yə (Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanına) təqdim etməlidirlər. Əlaqələndirici şəxs Təchizat şöbəsinin rəisi Şahin Paşayevdir.

    Təkliflərə martın 13-də, saat 11:00-da adı çəkilən ünvanda baxılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi