Yuxarı

​Azərbaycan Çinin yaratdığı bankın təsisçisi olmaq niyyətindədir

Bununla bağlı rəsmi Bakı Çin Maliyyə Nazirliyinə niyyətini bildirib

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi Azərbaycan Respublikası hökumətinin Çin Xalq Respublikası hökumətinin Asiya İnfrastruktur İnkişaf Bankının yaradılması səylərinə dəstəyini Çin Maliyyə Nazirliyinə bildirib. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılacaq yeni maliyyə institutunun təsisçi üzvü olmaq marağını ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi