Azərbaycan büdcə kəsirinin 3%-ni Avropa İttifaqının qrantları hesabına maliyyələşdirəcək

Azərbaycan büdcə kəsirinin 3%-ni Avropa İttifaqının qrantları hesabına maliyyələşdirəcək Dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 mln. manat məbləğində təsdiq edilib
Maliyyə
28 Dekabr , 2016 14:46
Azərbaycan büdcə kəsirinin 3%-ni Avropa İttifaqının qrantları hesabına maliyyələşdirəcək

Bakı. 28 dekabr. REPORT.AZ/ Avropa İttifaqının qrantından daxilolmalardan 2017-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə 20,0 mln. manat yönəldiləcək. "Report" bu barədə Prezident tərəfindən təsdiqlənmiş 2017-ci ilin dövlət büdcəsinə əsasən xəbər verir.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 645,0 mln. manat məbləğində təsdiq edilib. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2017-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) cəmi 625,0 mln. manat və Aİ-nin qrantından daxilolmalar 20,0 mln. manat hesabına həyata keçiriləcək.

2017-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 1 000,0 mln. manat, xarici dövlət borclanmasının yuxarı həddi 500,0 mln. manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 10 000,0 mln. manat məbləğində təsdiq edilib.

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 255,0 mln. manat, xərcləri 16 900,0 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 634,706 mln. manat, yerli gəlirləri 620,294 mln. manat, mərkəzləşdirilmiş xərcləri 16 211,286 mln. manat, yerli xərcləri 688,714 mln. manat) məbləğində təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi