Yuxarı

Azərbaycan bu il gənclərin xaricdə təhsilinə xərcləri 31% artıracaq

Dövlət Neft Fondu 2015-ci ildə qaçqın və məcburi köçkünlərlə bağlı maliyyələşməni təxminən 50% azaldıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il büdcəsində Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 997,0 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən ARDNF-nin 2015-ci il üçün büdcəsində öz əksini tapıb.

Qeyd edək ki, 2015-ci ildə Neft Fondundan dövlət büdcəsinə 10,388 mlrd. manat həcmində transfert nəzərdə tutulub və bu, ötən ilin proqnozuna nisbətən 11,3% çoxdur.

Fondun 2015-ci il büdcə xərclərində qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün 150 mln. manat ayrılıb. Bu isə ötən ilin proqnozundan 47% azaldır.

Bunun əksinə, Fond 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılan vəsaiti ötən ilin proqnozuna nisbətən 30,9% artırıraq 44,1 mln. manata yüksəldib.

Bundan başqa, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirməsinə ayrılan vəsait 12,19% artımla 90 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə ayrılan vəsait isə 15,74% azalma ilə 11,5 mln. manat təşkil edib.

Qeyd edək ki, 2015-ci il yanvarın 19-da prezident İlham Əliyev ARDNF-nin 2015-ci il büdcəsi haqqında fərman imzalayıb. Fərmanla Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi