Azərbaycan bu il dövlət ipoteka kreditləşməsini 12% artırıb

Azərbaycan bu il dövlət ipoteka kreditləşməsini 12% artırıb İndiyədək dövlət xətti ilə 705 mln. manat həcmində 17,4 min ipoteka krediti verilib
Maliyyə
7 Sentyabr , 2015 17:12
Azərbaycan bu il dövlət ipoteka kreditləşməsini 12% artırıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Cari il sentyabrın 1-nə Azərbaycanda 17 440 ailə dövlət ipoteka proqramından yararlanaraq mənzil sahibləri olub. Onlardan 70%-i gənclər və gənc ailələrdir.

"Report"un Azərbaycan İpoteka Fonduna (AİF) istinadən verdiyi xəbərə görə, indiyədək verilmiş ipoteka kreditlərinin ümumi həcmi 705,368 mln. manatdan çoxdur. Beləliklə, dövlət ipoteka kreditləşməsi ilin əvvəlindən 11,53% artıb.

Bildirək ki, AİF xətti ilə müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi cari ilin əvvəlində 632,466 mln. manata, ipoteka kreditlərinin sayı isə 15 829-a çatıb.

Bildirək ki, Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsinə 2006-cı ildə başlanılıb. Hazırda adi ipoteka krediti ilkin ödəniş 20% olmaqla, illik 8% dərəcəsi ilə maksimum 25 il müddətinə verilir. Maksimal məbləğ 50 min manat təşkil edir. Güzəştli (sosial) ipoteka üçün isə ilkin ödəniş 15%, illik faiz dərəcəsi 4%-dir. Bu kreditlər üçün maksimal müddət 30 il təşkil edir.

Hazırda 30 bank AİF-in müvəkkil kredit təşkilatları siyahısındadır.

Fond 588 mln. manatlıq aktivlərinin mükəmməl idarə edilməsi və "sabit" proqnozlu "BBB-" reytinqi ilə ölkənin kapital bazarının aparıcı maliyyə institutlarından biridir.

Son xəbərlər

Orphus sistemi