Azərbaycan bu il AÇG və "Şahdəniz" layihələrindən 1,177 mlrd. dollar qazanıb

Azərbaycan bu il AÇG və "Şahdəniz" layihələrindən 1,177 mlrd. dollar qazanıb İndiyədək bu layihələrdən Azərbaycan 121 mlrd. dollar qazanıb
Maliyyə
8 Aprel , 2016 10:06
Azərbaycan bu il AÇG və Şahdəniz layihələrindən 1,177 mlrd. dollar qazanıb

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) bu ilin I rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 1,177 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.

Fonddan "Report"a verilən məlumata görə, bu məbləğin 1,137 mlrd. dolları AÇG-dən mənfəət nefti, 40 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Qeyd edək ki, 2001-ci ildən 2016-cı il aprelin 1-dək ARDNF-yə AÇG-dən 118,146 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,483 mlrd. dollar vəsait daxil olub.

Son xəbərlər

Orphus sistemi