Azərbaycan BOKT-u yüksək gəlirli veksellər təklif edir

Azərbaycan BOKT-u yüksək gəlirli veksellər təklif edir Bakı. 28 sentyabr. REPORT.AZ/ “Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) investorlara yüksək gəlirli veksellər təklif edir. BOKT-dan “Report...
Maliyyə
28 Sentyabr , 2017 09:36
Azərbaycan BOKT-u yüksək gəlirli veksellər təklif edir

Bakı. 28 sentyabr. REPORT.AZ/ “Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) investorlara yüksək gəlirli veksellər təklif edir.

BOKT-dan “Report”a verilən məlumata görə, Azərbaycan manatı ilə borc kağızlarına illik 20%, ABŞ dolları ilə borc kağızlarına isə illik 13% gəlirlilik vəd olunur.

Bununla belə, vekselin müddətindən, eləcə də faizlərin ödənilməsi tezliyindən asılı olaraq illik faiz dərəcəsi bir qədər yüksək ola bilər. Qeyd edək ki, BOKT borc kağızlarına görə faizləri müştərinin seçimindən asılı olaraq aylıq və rüblük qaydada ödəyir.

Xatırladaq ki, "Finoko" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 manat olan 100 min səhm əsasında formalaşıb. Səhmlərin 50%-i Elçin Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının sədri), 50%-i isə Elmar Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının üzvü) məxsusdur.

Son xəbərlər

Orphus sistemi