Azərbaycan BOKT-u nizamnamə kapitalını 4 dəfə artıra bilər

Azərbaycan BOKT-u nizamnamə kapitalını 4 dəfə artıra bilər Bunun üçün yeni səhmdarların cəlb edilməsi planlaşdırılır
Maliyyə
26 Dekabr , 2016 17:53
Azərbaycan BOKT-u nizamnamə kapitalını 4 dəfə artıra bilər

Bakı. 26 dekabr. REPORT.AZ/ “Pro Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ildə nizamnamə kapitalını 4 dəfə artıraraq 2 mln. manata çatdıra bilər. Bu barədə “Report”a açıqlamasında BOKT-un İdarə Heyətinin sədri Ramil Məmmədov məlumat verib.

Onun sözlərinə görə, kapital artımı maliyyə bazarındakı vəziyyət sabitləşəndən sonra həyata keçiriləcək: “Hazırda bazarda vəziyyət qeyri-sabitdir, Azərbaycan manatı dəyərdən düşməkdə davam edir. Odur ki, nizamnamə kapitalını artırmaq hələ məqsədəuyğun deyil. Maliyyə bazarında vəziyyət sabitləşəndən, fiziki şəxslərin və fərdi sahibkarların kredit resurslarına tələbatı yaranandan sonra kapital artımına gedəcəyik”.

R.Məmmədov qeyd edib ki, BOKT-un nizamnamə fonduna əlavə vəsait qoyuluşunun yeni səhmdarların cəlb edilməsi hesabına həyata keçirilməsi planlaşdırılır: “Hazırda “Pro Kredit”in səhmdarları 2 fiziki şəxsdir. Əlavə olaraq 2 fiziki şəxslə də danışıqlar aparılır”.

Xatırladaq ki, “Pro Kredit” 2011-ci ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi