Yuxarı

Azərbaycan Beynəlxalq Bankında dövlətin payı 55%-ə yüksəlib

Kapitalın 36,55%-i fiziki şəxslərin payına düşür

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankında (ABB) Maliyyə Nazirliyinin payı 54,96%-ə yüksəlib. Səhmlərin 352 473,96 min manatı Maliyyə Nazirliyinin payına düşüb.

"Report"un ABB-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qalan 8,49% və ya 54 452,53 min manat qeyri-dövlət müəssisələrinin, 36,55% və ya 234 360,75 min manat isə fiziki şəxslərin payına düşür. Bankın cəmi kapitalı 641 287,25 min manatdır.

Qeyd edək ki, əvvəl Bankın səhmlərinin 50,2%-i dövlətə (Maliyyə Nazirliyinə) məxsus olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi