​Azərbaycan Beynəlxalq Bankının rəhbərliyində dəyişiklik gözlənilir

​Azərbaycan Beynəlxalq Bankının rəhbərliyində dəyişiklik gözlənilir Bankın Müşahidə Şurasında dəyişiklik ola bilər
Maliyyə
18 İyul , 2016 15:53
​Azərbaycan Beynəlxalq Bankının rəhbərliyində dəyişiklik gözlənilir

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) Müşahidə Şurasında (MŞ) dəyişiklik ola bilər. 

"Report" xəbər verir ki, MŞ-nın üzvü Müşfiq İsrafilov başqası ilə əvəz edilə bilər.

Qeyd edık ki, M.İsrafilov MŞ-da Maliyyə Nazirliyini (MN) təmsil edir. O, yaxın vaxtlara qədər MN-nin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini olub. Prezident İlham Əliyevin bu il, fevralın 3-də imzaladığı fərmanla DSNX ləğv edilib və onun səlahiyyətləri yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.

Nəticədə, M. İsrafilov ixtisara düşüb və hazırda MN-nin işçisi deyil. Odur ki, ABB-nin MŞ-da onun başqası ilə əvəz ediləcəyi istisna deyil.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 275 138 000 səhm əsasında formalaşıb.

Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 8,49%-i qeyri-dövlət müəssisələrinə, 36,55%-i fiziki şəxslərə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi