Azərbaycan Beynəlxalq Bankının “ƏLA” xidmət mərkəzi yeni ünvana köçüb

Azərbaycan Beynəlxalq Bankının “ƏLA” xidmət mərkəzi yeni ünvana köçüb Bakı. 27 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) “ƏLA - Ən Lazımi Anda” brendi altında yaradılmış elektron xidmət mərkəzi yeni ünvanda – Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67-də fəaliyyətə başlayıb.
Maliyyə
27 Noyabr , 2017 10:49
Azərbaycan Beynəlxalq Bankının “ƏLA” xidmət mərkəzi yeni ünvana köçüb

Bakı. 27 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) “ƏLA - Ən Lazımi Anda” brendi altında yaradılmış elektron xidmət mərkəzi yeni ünvanda – Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67-də fəaliyyətə başlayıb.

“Report” ABB-yə istinadən xəbər verir ki, müasir texniki vasitələrlə təchiz olunmuş mərkəzdə müştəri Bankın əməkdaşı ilə videoəlaqə yaradaraq, lazımi bank əməliyyatlarını asanlıqla həyata keçirir.

Mərkəzin yeni imkanlarından biri bundan ibarətdir ki, indi burada innovativ bankçılıq texnologiyalarından olan avtomatlaşdırılmış depozit qutuları sistemi də quraşdırılıb.

“ƏLA” mərkəzində aşağıdakı bank əməliyyatlarını həyata keçirmək mümkündür:

-Bir neçə dəqiqə ərzində “ƏLA” debet kartı almaq və karta şifrə təyin etmək;

-8937 qısa nömrəsinə SMS göndərməklə kredit almaq;

-Təhlükəsizlik və məxfilik şəraitində, bank əməkdaşının köməyinə ehtiyac qalmadan qiymətliləri depozit qutularında yerləşdirmək, yaxud bankdan götürmək.

Bank yaxın gələcəkdə “ƏLA” xidmət mərkəzlərinin sayını artırmağı planlaşdırır.

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları Bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az ünvanında fəaliyyət göstərən rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin “Facebook” sosial şəbəkəsindəki səhifəsindən etmək olar. 

Son xəbərlər

Orphus sistemi