Yuxarı
    Bağlamaq

    Azərbaycan Beynəlxalq Bankının “ƏLA” şöbəsi 5 mindən çox müştəriyə xidmət göstərib

    Xidmətlər böyük müştəri marağı ilə qarşılanıb

    Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) bu ilin oktyabrından təqdim etdiyi "ƏLA" (Ən Lazımi Anda) xidmətlər böyük müştəri marağı ilə qarşılanıb. Bunu "ƏLA" brendi altında fəaliyyət göstərən elektron şöbəyə indiyə qədər müraciət etmiş müştərilərin sayı da təsdiqləyir. Bura oktyabrda 1 932, noyabrda 2 271, dekabrın ilk yarısında isə 1 189 olmaqla, ümumilikdə 5 392 müştəri müraciət edib və onlara müxtəlif bank xidmətləri göstərilib.

    "Report"a bu barədə ABB-dən məlumat verilib. 

    Qeyd edək ki, Bakı şəhəri, Əliyarbəyov küçəsi,9 ünvanında (Fəvvarələr meydanı) yerləşən və 24/7 rejimində çalışan elektron şöbə öz imkanlarına görə tək Azərbaycanda deyil, ümumilikdə, MDB məkanında bir ilkdir.

    Ən müasir texniki vasitələrlə təchiz olunmuş şöbədə müştəri unikal ƏLAmatik avadanlığından istifadə edərək bankın əməkdaşı ilə videoəlaqə yaradır və lazımi bank əməliyyatlarını günün istənilən saatında cəmi bir neçə dəqiqə ərzində asanlıqla həyata keçirir. Beləliklə, burada qısa zamanda yerindəcə ödəniş kartı əldə etmək, hesab açmaq, ödənişlər aparmaq, pul köçürmək, nağd vəsait almaq, hesaba vəsait yerləşdirmək, eləcə də digər əməliyyatlar yerinə yetirmək mümkündür."ƏLA" xidmətlər çeşidinə "ƏLAxətt" (müştəri ilə videoəlaqə əsasında qurulan qaynar xətt), "ƏLAköçürmə", "ƏLAvə" (mobil applikasiya), "ƏLAkart", "ƏLAçatdırılma" (ödəniş kartının müştərinin ünvanında təcili çatdırılması), "ƏLAkredit", "ƏLAdepozit", "ƏLAc krediti" (mövcud kreditlərin yenidən maliyyələşdirilməsi) daxildir.

    "ƏLA" xidmətlər təkcə "ƏLA" elektron şöbəsində deyil, Bankın yeni açılmış “ABB-24” filialında (Nizami küçəsi,68) da təqdim edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi