Azərbaycan Beynəlxalq Bankının 200 mindən artıq səhminin sahibi dəyişib

Azərbaycan Beynəlxalq Bankının 200 mindən artıq səhminin sahibi dəyişib Bankın səhmlərinin alqı-satqısı üzrə 5 əqd bağlanılıb
Maliyyə
6 Yanvar , 2017 16:31
Azərbaycan Beynəlxalq Bankının 200 mindən artıq səhminin sahibi dəyişib

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə 5 əqd bağlanılıb. 

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir. 

Məlumata görə, əqdlər bankın hər birinin nominal dəyəri 0,27 manat olan 200 833 səhminin (54 225 manat) realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızları alan və satan tərəflər açıqlanmayıb. 

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln. manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına, 17,78%-i isə 13 qeyri-dövlət müəssisəsi və 1 759 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi